Sumqayıtda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda 27 mart tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan 4 otaqlı evin dam örtüyünün taxta atmaları 15 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.