Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu haqda 18 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Hadisə şəhərin 45-ci məhəlləsində qeydə alınıb. 47 yaşlı Azər Həşimov yaşadığı evdə özünü asıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunması üçün ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.