Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə Çerkassı küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "BYD" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında park edilmiş "BMW", "Audi" və "Volkswagen" markalı avtomobillərin üzərinə aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə: Report.аz