Alman əsgərlərinin məzarlığı ziyarət olunub. Sumqayıt24 bu barədə 14 noyabr tarixində Sumqayitxeber.com-a istinadən xəbər verir.
Ziyarətdə Sumqayıtın icra başçısı Zakir Fərəcov, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman və Avstriya səfirliyinin nümayəndələri iştirak ediblər.
Onlar əsirlərin xatirəsinə ucaldılan abidənin önünə əklillər qoyub, onları yad ediblər. Səfirlər göstərilən diqqətdən razı qaldıqlarını bildiriblər.
Xatırladaq ki, məzarlıqda 311 nəfər dəfn olunub.