top
Sumqayıtda Amerika kəpənəyi yayılıb
21 avqust 2025, 06:55
- ↺ +

Sumqayıtda Amerika kəpənəyi yayılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması üçün tədbirlər görülür

Sumqayit24.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 22-ci və 36-cı məhəllələrdə zərərverici ilə sirayətlənmiş tut ağacları, eləcə də digər yaşıllıq sahələri dərmanlanıb.

Aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin sayını azaltmaqdır.

Ən təhlükəsiz mübarizə üsulları park, yolkənarı və həyətyanı sahələrdə torlar olan budaqların kəsilməsi və yandırılması, tırtılların isə mexaniki yolla məhv edilməsidir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri aparılmalıdır.

Agentlik bildirir ki, Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılan karantin tətbiq edilən zərərvericidir. İqlimə uyğun olaraq, il ərzində bir neçə nəsil verə bilir. Bu zərərvericiyə Azərbaycanda Quba-Xaçmaz, Lənkəran-Astara və Bakı-Abşeron bölgəsinin bəzi rayonlarında rast gəlinir. 2024-2025-ci ildə agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində Zaqatala və Balakən rayonlarının bəzi ərazilərində də aşkarlanıb.

Amerika ağ kəpənəyinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Zərərvericinin meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycanda əsasən tut ağacına ziyan vurur.

Vətəndaşlardan həmin zərərvericiyə rast gəlindiyi halda, mexaniki yolla məhv etməyə çalışmaq, bu mümkün olmadıqda isə aidiyyəti qurumlara məlumat vermək xahiş olunur. Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Dünən, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
29 oktyabr 2026, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
29 oktyabr 2026, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
29 oktyabr 2026, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
29 oktyabr 2026, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
29 oktyabr 2026, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
29 oktyabr 2026, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

Oxşar xəbərlər