Sumqayıtda 17-ci mikrorayonda restoranların birində qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Şəhərin Niyazi küçəsində yerləşən “Zəngəzur” restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Restoran Cahid Ağazadəyə məxsudur.