Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxs polis tərəfindən saxlanılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Hadisə fevralın 10-u axşam saatlarında baş verib. Marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib.
Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E. Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.