Beynəlxalq Qızıl Xac Komitəsinin əməkdaşı Bayram Vəliyev Sumqayıtda görüş keçirib. Sumqayıt24 bu haqda 12 aprel tarixində xəbər verir.
Tədbirdə Az.QAC Sumqayıt şəhər bölməsinin könüllüləri iştirak ediblər. Bayram Vəliyev könüllülərə öz işgüzar təcrübəsindən, onların əsas vəzifələrindən, Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Hərəkatlarının yaranma tarixindən, mandat və missiyasından məlumat verib.
Digər mövzu isə humanitar fəaliyyətlərə ehtiyac olan sahəyə təhlükəsiz yetişmə və onun elementləri idi.
Sonda könüllülərin sualları cavablandırılıb.