Sumqayıtda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 3 iyul tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Hadisə şəhərin mərkəzi küçələrinin birində baş verib. 8 yaşlı Röyal Məhərrəmov yolu qarşı tərəfə keçərkən onu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.