Sumqayıtda "Bədən dili" mövzusunda təlim baş tutacaq. Bu haqda 25 mart tarixində Sumqayit24 “Sumqayıt Gəncləri”nə istinadən xəbər verir.
Təlim 26 mart tarixində saat 14:00-da Sumqayıt Heydər Əliyev Mərkəzində baş tutacaq. Təlimçi qismində kitab müəllifi və konsultant Arzu Qafarlı çıxış edəcək.
Qeyd edək ki, "Bədən dili" seminarı insanların bədən dilini oxumaq və ondan düzgün istifadə etmək bacarığını təkmilləşdirmək üçün nəzərdə tutulub. Bu seminar insanların bədən dilini necə oxuya və istifadə edə biləcəyinə dair bilik və bacarıqları təmin edəcək.