Ata və qızı parlament seçkilərinə qatılacaqlar. Sumqayıt24 bu haqda 15 iyul tarixində xəbər verir.
Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı 43 saylı Sumqayıt seçki dairəsindən, valideyni, Müsavat Partiyasının üzvü İkram İsrafil isə 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizədliklərini irəli sürüblər.
Qeyd edək ki, İ. İsrafil Milli Məclisin 3-cü çağırış deputatı olub. Həmçinin N. Abbaslının həyat yoldaşı, Ağ Partiyanın sədri Tural Abbaslı da seçkilərdə iştirak edəcək.