Mansard tipli evdə yanğın hadisəsi baş verib. Sumqayıt24 bu haqda 13 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 140 kv.m (1-ci mərtəbəsi 70 kv.m, mansardı 70 kv.m) olan birmərtəbəli tikilinin mansardının döşəməsi 20 kv.m sahədə yanıb. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Evin qalan hissəsi mühafizə olunub.