top
Sumqayıtda borcu qaytarmayan şəxs DÖYÜLDÜ
31 dekabr 2025, 12:15
- ↺ +

Sumqayıtda borcu qaytarmayan şəxs DÖYÜLDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində maşın təmiri sexində dava olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 76-cı məhəllə ərazisində 1986-cı il təvəllüdlü Ravil Teymuru döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ravilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Ravil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 3 il bundan öncə rəsmi şəkildə özünə məxsus həyətyani sahəsinin 46 kvadrat metr hissəsini Teymura satıb: 

"Teymur ölçü işlərinin düzgün aparılmadığını deyərək ödəyəcəyi puldan 5000 manatını özündə saxladı, ölçü işləri tam başa çataraq sənədini aldıqdan sonra verəcəyini dedi. Lakin buna baxmayaraq, mən Əmlak Komitəsindən mütəxəssis gətirərək ölçü işlərini aparmasını təklif etdim. Teymur isə mənimlə razılaşmır və bunu bəhanə gətirərək pulumu vermir. Hər dəfəsində ondan yerdə qalan borcumu verməsini tələb etdikdə, Teymur müxtəlif bəhanələr gətirir". 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü saat 12:40-da Teymura zəng edib və ehtiyacı olduğundan pulu verməsini tələb edib: 

"Teymur yenə də razılaşmadı, problemləri həll etdikdə pulumu verəcəyini deyərək ünvanıma nalayiq ifadələr işlətdi. Mən isə ona söyüş söyməməsini dedim. Teymur sözümə əhəmiyyət vermədi və işlədiyi sexə çağıraraq "kişi deyilsən, gəl üzbəüz söhbət edək" dedi. Həmin gün saat 15:30-da Teymurun sexinə getdim. Teymur həmin vaxt maşın təmir edirdi. Teymur məni görən kimi üstümə gəldi, yaxamdan tutaraq nə istədiyimi dedi. Sonra ünvanıma nalayiq ifadələr işlətdi. Mən də əsəbiləşərək əlimlə onun üz nahiyəsindən vurdum. Orada olan sonradan adının Sərdar olduğunu bildiyim şəxs araya girərək məni ayırdıqdan sonra özümə məxsus maşına əyləşərək getdim".

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən ona qarşı şikayətini geri götürüb. 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:26

Sumqayıtda binanın zirzəmisində acınacaqlı durum

Bütün xəbərlər
Bu gün, 11:38

Azərbaycanda gələn il bütün köhnə avtobuslar yenilənəcək

Bütün xəbərlər
Bu gün, 10:37

SDU rəhbər vəzifələrə işçi axtarır

Bütün xəbərlər
Bu gün, 10:02

Sumqayıt sakini qızını döydü - səbəb yeni ayaqqabı imiş

Bütün xəbərlər
Bu gün, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Oxşar xəbərlər