Sumqayıtda bu günə olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.