Sumqayıtda dəniz zibilləndirilir. Sumqayıt24 bu haqda 24 iyul tarixində xəbər verir.
İzləyicimiz göndərdiyi məlumatda bildirir ki, yük maşınları ilə gətirilən tonlarla tullantı sahilə tökülür. Sonra digər texnika vasitəsilə həmin zibil qumla qarışdırılır və dənizə atılır.
Şikayətçi iddia edir ki, kanalizasiya suları ilə yanaşı, məhz buna görə də ətrafa üfunət yayılır.