Sumqayıtda “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası keçirilib. Sumqayıt24 bu haqda 29 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri və Lənkəran rayonu akvatoriyasından, Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsindən 790 metr uzunluğunda 12 ədəd sintetik tor götürülüb.