Millət vəkili Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirib. Bu haqda 1 mart tarixində Sumqayıt24 xəbər verir.
Görüş YAP şəhər təşkilatının inzibati binasında baş tutub. Qəbul zamanı deputat vətəndaşların müraciətlərini dinləyib. Sakinlər, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib.