Deputat Müşfiq Məmmədli vətəndaşları qəbul edib. Sumqayıt24 bu haqda 14 yanvar tarixində xəbər verir.
Görüş Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının binasında keçirilib. Vətəndaşlar məişət, məşğulluq, sağlamlıq, məhkəmə və digər mövzularda müraciətlər ediblər. Deputat səlahiyyətlərinə aid məsələlərin həlli üçün müvafiq addımlar atılıb.
Problemlər dinləndikdən sonra lazımi dövlət strukturlarına müraciətlər ünvanlanıb.
Qeyd edək ki, 44 saylı Sumqayıt - Xızı seçki dairəsi üzrə mütəmadi qəbullar keçirilir. İştirak etmək üçün sosial şəbəkə vasitəsi ilə və ya (050) 277-96-84 nömrəsi ilə əlaqə saxlamaq olar.