Heydər Əliyev prospektində qəza olub. Bu barədə 1 mart tarixində Sumqayıt24 xəbər verir.
Yol-nəqliyyat hadisəsi bu gün “Göyçay” marketin önündə qeydə alınıb. Şahidlərin dediyinə görə, “Hyundai” dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn “Kia”ya yol verməyib. Nəticədə avtomobillər toqquşub. İnsanlar arasında xəsarət alan yoxdur.
[modula id="32586"]