Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib. Bu haqda 2 avqust tarixində Sumqayıt24 Baku TV-yə istinadən məlumat verir.
“Stansiya Sumqayıt” ərazisində 48 yaşlı Eldar Səfərova məxsus 90 kv.metrlik ev əşyaları ilə birgə tamamilə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov söndürülüb. Ev sahibinin sözlərinə görə, 10 min manatdan çox maddi ziyan dəyib.