Sumqayıtda ölümlə nəticələnən qəza baş verib.
Sumqayit24.az xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb. Belə ki, 63 yaşlı Fikrət Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub.
Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, burada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.