Sumqayıtda II Sığorta Festivalı keçiriləcək. Sumqayıt24 bu haqda 15 avqust tarixində xəbər verir.
Tədbir Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi və İcbari Sığorta Bürosu tərəfindən avqustun 30-da təşkil olunacaq. Burada sığorta şirkətlərinin iştirakı da nəzərdə tutulub.
Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.