“Samuray Plastik” vakansiya elan edir. Sumqayıt24 bu haqda 11 iyul tarixində Dövlət Məşğulluq Agentliyinə (DMA) istinadən xəbər verir.
Sözügedən elan "Əmək və məşğulluq" altsistemində yerləşdirilib. Sumqayıtda yerləşən firmada mexanik vəzifəsi boşdur. İş rejimi 6 günlükdür.
Orta ixtisas təhsilli, yaşı 26-50 arası şəxslər vakansiya üzrə müraciət edə bilərlər. Bunun üçün faktiki yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə yaxınlaşmaq lazımdır.