Heydər Əliyev Mərkəzində Konstitusiya Gününə həsr edilmiş test müsabiqəsi keçirilib. Bu barədə 12 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Müsabiqə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, 1 və 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzləri tərəfindən təşkil olunub. Nəticə etibarilə Fatma Şirinova, Nərmin Muradova, Nigar Abbasova müvafiq olaraq 1, 2 və 3-cü yerləri tutublar.
Onlara Baş idarənin Fəxri fərman və hədiyyələri təqdim edilib.
Qeyd edək ki, müsabiqənin məqsədi gənclərin konstitusiya hüquqları ilə bağlı biliklərinin artırılması, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, qanunvericiliklə əlaqədar zehni inkişafının stimullaşdırılmasıdır.