Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Ekoloji böhran və ətraf mühitin qorunması” mövzusunda təlim təşkil olunub.
Sumqayit24.az xəbər verir ki, təlim gənc iqlim elçisi, eko-blogger Könül Bayramova tərəfindən keçirilib. Seminar çərçivəsində gənclərə ekoloji problemləri yaradan mənbələr və həlli yolları barədə məlumatlar çatdırılıb.
Layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb.