top
Sumqayıtda gübrə fabriki açılacaq
Bu gün, 13:45
- ↺ +

Sumqayıtda gübrə fabriki açılacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gələn ay Sumqayıtda regionda ilk kalium sulfat fabrikinin rəsmi açılışı nəzərdə tutulur.

Bunu "Elba Chem" QSC-nin direktoru Hakan Özbek Bakıda keçirilən III Beynlxalq Aqro Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, müəssisə may ayından etibarən sınaq rejimində işləyir:

"Bu fabrik həm Azərbaycan, həm də region üçün çox vacibdir. Bu gübrənin mövcudluğu Azərbaycandakı qida məhsullarının daha keyfiyyətli, daha dayanıqlı və daha ucuz əldə edilməsini təmin edəcək. Təbii ki, bu yalnız bizim gübrəmizlə olmur. Bütün kənd təsərrüfatı sektorunun zəncirvari şəkildə atdığı addımlarla mümkün ola bilər".

Şirkət direktoru qeyd edib ki, bu fabrik regionda bir ilkdir:

"Gürcüstanda və ya Qazaxıstanda da bənzəri yoxdur. Buna görə də bu gübrənin yerli istehsalı Azərbaycan üçün artıq daha böyük əhəmiyyət kəsb etməyə başlayıb".

H. Özbek bildirib ki, fabrik Azərbaycanın illik 10 min ton olan ehtiyacına qarşılıq 40 min ton tutumla qurulub:

"Gələn ildən etibarən istehsalın 30 min tonunu ixrac etməyi, 10 min tonunu isə Azərbaycan daxilinə təqdim etməyi planlaşdırırıq. Xaricdə rəqabət edə bilməyimizin yolu isə dövlət dəstəklərindən və subsidiyalardan keçir. Digər dövlətlərin kənd təsərrüfatı sektoruna verdiyi dəstəklər əslində birbaşa bizə deyil, fermerlərə yansıyır. Çünki bu sayədə xərcimiz azalır və məhsulu daha ucuza sata bilirik. Gürcüstana bu malın Özbəkistandan getməsi ilə Azərbaycandan getməsi arasındakı əsas fərq dövlətlərin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstəkdir".

Buna görə də o, bu rəqabətin dövlət tərəfindən də izlənilməsi lazım olduğunu düşünür:

"Azərbaycanda bu cür başqa fabriklərin də açılması lazımdır. Rəqabətin olduğu yerdə biz də, onlar da inkişaf edir, Azərbaycan da inkişaf edir. Gələcəkdə gübrənin həm ixrac baxımından, həm də ölkə daxilindəki istifadəsi baxımından daha çox yer tutacağını proqnozlaşdırırıq".

Mənbə: Report.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:45

Sumqayıtda şənbə günü yağıntılı keçə bilər

Bütün xəbərlər
Bu gün, 14:15

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

Bütün xəbərlər
Bu gün, 13:15

Sumqayıtda bu quyu faciəyə səbəb ola bilər? - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 12:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

İdman
Bu gün, 12:15

Basketbol fanatlarının diqqəti bu gün Sumqayıtda yönələcək

Bütün xəbərlər
Bu gün, 11:45

Sumqayıt dəmiryol stansiyası ölkə üzrə sərnişin sıxlığına görə 2-ci oldu

İdman
Bu gün, 11:15

Sumqayıtda "Şən estafetlər" adlı idman oyunları keçirildi

Bütün xəbərlər
Bu gün, 10:45

Gecələr qaranlığa bürünən Bakı-Sumqayıt yolu işıqlandırılacaq

Bütün xəbərlər
Bu gün, 10:15

Xəzərin duzsuzlaşdırılmasına 45 milyon dollar kredit ayrılır

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda 12 uşaq antibiotikdən zəhərlənib? - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:13

SDU ilə "AZROKSAN" MMC arasında əməkdaşlıq memorandumu imzalandı

Bütün xəbərlər
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən Müharibəsinin 13-cü günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtın məhsulları bir vaxtlar SSRİ-ni dolaşırdı, indi dünyanı

Bütün xəbərlər
Dünən, 18:00

SDU dosentinin elmi işi beynəlxalq nüfuzlu jurnalda yer aldı

İdman
Dünən, 17:40

"Sumqayıt" "Qəbələ"ni qəbul edəcək

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda torpaq sahəsini qanunsuz zəbt edənə bəraət verildi

Bütün xəbərlər
Dünən, 16:50

Sumqayıtda polis "Təmiz hava" aylığı tədbirləri keçirdi

Bütün xəbərlər
Dünən, 16:20

Sumqayıtdan Xocalıya qayıtdı – 37 illik həsrət bitdi

Bütün xəbərlər
Dünən, 15:50

Noyabrda Azərbaycanda 11 qeyri-iş günü olacaq

İdman
Dünən, 15:20

"Sumqayıt"ın amerikalı basketbolçusu: "Azərbaycana qayıtdığıma çox şadam"

Bütün xəbərlər
Dünən, 14:47

"Deyirlər maşın yoxdur, işçi yoxdur" - Sumqayıtda zibil böhranı

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah hava necə olacaq?

Oxşar xəbərlər