Gecə saatlarında qaranlığa bürünən Bakı-Sumqayıt magistral yolundakı işıq dirəklərində yaranan problem aradan qaldırılacaq.
AAYDA-dan (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) bildirilib ki, sözügedən ərazinin, yəni Masazır körpüsü ilə "VAZ dairəsi" arasındakı hissənin işıqlandırılması ilə bağlı texniki problem yaranıb. Əraziyə baxış keçirilib və nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
"Problemin qısa müddət ərzində aradan qaldırılması təmin ediləcəkdir", – deyə məlumatda bildirilib.
Qeyd edək ki, həmin ərazidə hərəkət edən sürücülər gecə saatlarında yolun işıqlandırılmaması ilə bağlı çətinlik yaşadıqlarını dilə gətiriblər.
Mənbə: Patrul.аz