Sumqayıtın havası yoxlanılıb. Sumqayıt24 bu haqda 27 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Atmosfer havasının keyfiyyətinin monitorinqi avtomatik stansiyalar vasitəsilə həyata keçirilib. Nəticədə Sumqayıtda azot-4 oksidin miqdarının 1.2 dəfə normadan çox olduğu müəyyən edilib. Səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərdir.