Sumqayıtda iki qardaş bıçaqlanıb. Bu haqda bu gün, 6 yanvar tarixində “Report” məlumat yayıb.
Məlumata əsasən, hadisə 4 yanvar tarixində baş verib. 32 yaşlı Yadigar İsgəndərovun 35 yaşlı Tural və onun qardaşı 37 yaşlı Xəyal Əliyevlə aralarında mübahisə baş verib. Nəticədə İsgəndərov qardaşlara bıçaqla xəsarət yetirib.
Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.