Sumqayıtdakı “SOCAR STP” MMC-də istehsal olunan yükqaldıran kran azad edilən ərazilərə göndərilib. Sumqayıt24 bu haqda 21 may tarixində xəbər verir.
Texnika Kəlbəcər rayonunun Aşağı Vəng Su Elektrik Stansiyasına təhvil verilib. O, 40 ton yükqaldırma qabiliyyətinə malikdir. Aşırımı 17.615 mm, nəzəri çəkisi 19 ton olan kran su elektrik stansiyasında turbinin quraşdırılması və təmiri üçün nəzərdə tutulub.