Sumqayıtda yanğın olub. Sumqayıt24 bu haqda 17 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə dünən qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin içərisindəki ev əşyaları yanıb. Əraziyə gələn FHN-in bölmələri alovu söndürüb, tikilinin qalan hissəsini mühafizə edib.