top
Sumqayıtda magistrantların konfransı keçirilir
11 may 2023, 06:16
- +

Sumqayıtda magistrantların konfransı keçirilir

Sumqayıt Dövlət Universitetində magistrantların XXIII Respublika elmi konfransı onlayn formatda öz işinə başlayıb. Sumqayıt24 bu haqda 11 may tarixində xəbər verir.

Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Burada elm və təhsil müəssisələrinin magistrantları, struktur rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.

SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb. O qeyd edib ki, konfrans artıq 23-cü ildir ki, SDU-da keçirilir. İştirakçı sayının artması konfransın nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu ilki konfransa 25 elm və təhsil müəssisəsindən 900-ə yaxın məruzə materialları daxil olub. Materialların ilkin ekspertizasından sonra 760 tezis gündəliyə seçilib və konfransın materialları çapa hazır edilib.

Plenar iclasda söz müxtəlif universitetlərin magistrantlarına verilib. SDU-nun magistrantı Leyla Meybullayeva “İ.Şopenin “İrəvan əyalətinin kameral təsviri” kitabında antroponimlərin leksik-semantik xüsusiyyətləri”, ETN-in Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Gülanə Şükürlü “Dəmir və molibdenin alkiltsiklopentadienilkarbonil dimer komplekslərinin sintezi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Nurcan Talıblı “Smart Home İntellektual idarəetmə sistemləri”, Bakı Slavyan Universitetinin magistrantı Əli İsmayılov “Azərbaycan mühacirət ədəbiyyatında qəhrəmanlıq dastanları”, Sumqayıt Dövlət Universitetinin magistrantı Türkan Seyfullayeva “Uzunmüddətli və qısamüddətli aktivlərin fərqlənmə xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış ediblər.

Ev sahibi, təhsil ocağının Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Sabir Xəlilov diqqətə çatdırıb ki, konfransa SDU-dan 251, Bakı Slavyan Universitetindən 214, Naxçıvan Dövlət Universitetindən 92, Odlar Yurdu Universitetindən 60, Azərbaycan Dövlət Aqrar Universitetindən 36, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 26, digər elm və təhsil müəssisələrindən isə müxtəlif sayda məqalələr daxil olub.

Qeyd edək ki, konfrans öz işini bölmələr üzrə iki gün onlayn formatda davam etdirəcək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:50

Hacı Zeynalabdin qəsəbəsində içməli su "sel olub" axır

İdman
Dünən, 17:30

"Sumqayıt"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:00

İcra başçısının "arpa işi" Sumqayıt məhkəməsində

Bütün xəbərlər
Dünən, 15:30

Dərslərlə birlikdə Saray sakinlərinin "qara günləri" də başladı

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtın bu məhəlləsi "zibil sərgisinə" çevrilib

Bütün xəbərlər
Dünən, 14:20

Sürücülərin Bakı-Sumqayıt yolu dərdi bitmir

İdman
Dünən, 13:41

Səbuhi Abdullazadə qayıdacaq, amma kapitanlıq... – "Sumqayıt"dan açıqlama

Bütün xəbərlər
Dünən, 13:07

Sumqayıt məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmə qərarı

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıt yolunda narahatedici vəziyyət

Bütün xəbərlər
Dünən, 12:09

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Bütün xəbərlər
Dünən, 11:30

Azərbaycanda əhalinin sayı ARTIB

Bütün xəbərlər
Dünən, 10:54

Sumqayıt musiqi mədəniyyətinə AĞIR İTKİ

Bütün xəbərlər
Dünən, 10:25

Rusiyada yaşamış Sumqayıt sakini niyə uşaqlarına vətəndaşlıq ala bilmir?

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt yolunun bir hissəsi işıqsız qaldı

Bütün xəbərlər
Dünən, 09:12

Bakı–Sumqayıt qatarlarında reys sayı artırılır – YENİ QRAFİK

Bütün xəbərlər
16 sentyabr 2026, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
16 sentyabr 2026, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
16 sentyabr 2026, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
16 sentyabr 2026, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
16 sentyabr 2026, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
16 sentyabr 2026, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
16 sentyabr 2026, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

Oxşar xəbərlər