Sumqayıtda məktəblərə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Bu haqda 15 aprel tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsi üzrə imtahan 5 nömrəli tam orta məktəbdə baş tutub. 18 nəfər namizədə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.
Nəticələr test imtahanı mərhələsində iştirak edən namizədlərin əlaqə nömrələrinə göndəriləcək.