Sumqayıtın 36 saylı orta məktəbində Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri tərəfindən ilk Yardım Postu qurulub. Bu barədə 27 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəsalma, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzuları ətrafında geniş məlumat verib və praktiki məşğələlər nümayiş etdiriblər. Burada ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-nin rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilir.
Toplantının əsas məqsədi ilk yardım xidmətlərinin mövcudluğunu nümayiş etdirməkdir.