Sumqayıtda “Narkomaniya və zərərli vərdişlər” mövzusunda maarifləndirici görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbir 9 nömrəli tam orta ümumtəhsil müəssisəsində baş tutub.
Görüş zamanı narkomaniya və digər zərərli vərdişlərin yaranma səbəbləri, onların insan sağlamlığına və cəmiyyətə vurduğu ziyan, bu kimi halların qarşısının alınma yolları barədə müzakirələr aparılıb.
Sonda Uşaq Səfirlər Məclisinin Sumqayıt üzrə nümayəndələrinin mövzu ilə bağlı fikirləri dinlənilib, suallar cavablandırılıb.