Sumqayıt şəhərində sərnişin avtobusu piyadanı vurub. Sumqayıt24 bu haqda 14 fevral tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.Yolu keçmək istəyən 23 yaşlı Firəngiz Süleymanovanı 5 nömrəli marşrut avtobusu vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.