Sumqayıtda güclü külək maşına ciddi ziyan vurub.
Sumqayit24.az-a daxil olan məlumata görə, 13-cü mikrorayon bina 19-un ərazisində güclü külək nəticəsində irigövdəli ağac “Hyundai Elantra” markalı maşının üzərinə aşıb.
Xəsarət alan yoxdur.
Sakinlərin məlumatına əsasən, sözügedən yerdə ağacların çoxu əyilib və aşmağa meyillidir.