top
Sumqayıtda məktəb direktoru 71 min manatı necə mənimsəyib? - DETALLAR
03 iyul 2026, 11:50
- ↺ +

Sumqayıtda məktəb direktoru 71 min manatı necə mənimsəyib? - DETALLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində fəaliyyət göstərən Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin sabiq direktoru Mərkəz Hüseynovun cinayət işi üzrə bəzi detallar açıqlanıb.

İttihama görə, Mərkəz Hüseynov 2009–2023-cü illərdə məktəb direktoru işlədiyi müddətdə dövlət vəsaitini mənimsəmək məqsədilə saxta sənədlər tərtib edib.

Bildirilir ki, fiziki sağlamlıq imkanları məhdud olduğu üçün evdə təhsil almalı olan iki şagirdə faktiki dərs keçirilmədiyi halda, sənədlərdə dərslərin keçirildiyi göstərilib. Bu əsasla müəllimlərin bank kartlarına əməkhaqqı və məzuniyyət ödənişləri köçürülüb, vəsaitlər nağdlaşdırılaraq ona təqdim edilib. Bu epizod üzrə 25 551 manat mənimsənildiyi iddia olunur.

Məlumata görə, 2018-2023-cü tədris illərində keçirilməyən fakultativ məşğələlər və dərnəklər də sənədlərdə keçirilmiş kimi rəsmiləşdirilib. Nəticədə fakultativ məşğələlər üzrə dövlətə 25 892,78 manat, dərnəklər üzrə isə 19 857,24 manat ziyan dəyib.
Beləliklə, ittihama əsasən, Mərkəz Hüseynov evdə təhsil, fakultativ və dərnək məşğələləri ilə bağlı saxta sənədlər tərtib etməklə ümumilikdə 71 301,2 manat dövlət vəsaitini mənimsəyib, həmçinin vəzifə saxtakarlığı törədib.

Məhkəmədə özünü təqsirli bilməyən Mərkəz Hüseynov bildirib ki, evdə təhsil almalı olan şagirdlərə dərslər məktəbdə keçirilib, fakultativ məşğələlər isə faktiki təşkil olunub.

O, müəllimlərdən alınan vəsaitin şəxsi məqsədlər üçün deyil, məktəbdə əlavə sinif otaqlarının yaradılması və təmir işlərinə sərf edildiyini deyib. Bununla yanaşı, həmin vəsaitlə bağlı rəsmi sənədləşmə aparılmadığını etiraf edib.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda dövlət vəsaitini mənimsəmədiyini bildirib. O söyləyib ki, əgər pul mənimsəmiş olsaydı, banklara kredit borcları qalmazdı. Həmçinin müəllimlərin bank kartlarının heç vaxt onda olmadığını və ittihamları qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Bu gün, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Bu gün, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
Bu gün, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Oxşar xəbərlər