Sumqayıtda avtomobil yanıb. Sumqayıt24 bu haqda 2 may tarixində xəbər verir.
Hadisə bu gün saat 17 radələrində Məhəmməd Əsədov küçəsində baş verib. “Mercedes C-class” markalı avtomobil qəfildən alışıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub.
Xəsarət alanların olub-olmadığı məlum deyil.