Sumqayıtda avtomobildə yanğın baş verib. Sumqayıt24 bu haqda 25 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və qismən idarəetmə lövhəsi yanıb. FHN-in aidiyyəti bölmələri tərəfindən alov söndürülüb. Nəqliyyat vasitəsinin qalan hissəsi mühafizə olunub.