Sumqayıtın tanınmış həkimlərindən biri vəfat edib.
Sumqayit24.az-a bu barədə mərhumun yaxını məlumat verib.
Bildirilib ki, Sumqayıtda müxtəlif xəstəxanalarda mədə-bağırsaq şöbəsinin müdiri kimi çalışmış Sidqəli Bayramov ürək dayanması nəticəsində dünyasını dəyişib.
Sidqəli Bayramov 1938-ci ildə anadan olub. O, 1965-ci ildən 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında, daha sonra isə 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında fəaliyyət göstərib.
Mərhum 65 yaşından etibarən təqaüdə çıxıb.
Allah rəhmət eləsin!