“Opel” markalı minik avtomobili “Kamaz”la toqquşub. Sumqayıt24 bu haqda 28 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə dünən axşam saatlarında Bakı-Quba yolunun H.Z. Tağıyev qəsəbəsindən keçən hissəsində (Şirvan körpüsü adlanan yerdə) baş verib.
Nəticədə “Opel”də olan 63 yaşlı Tofiq Nuriyev xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Araşdırma aparılır. [modula id="32474"]