top
Sumqayıtda MİQ-lə bağlı vakansiyalar gizlədilir?
26 sentyabr 2025, 05:19
- ↺ +

Sumqayıtda MİQ-lə bağlı vakansiyalar gizlədilir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə bağlı vakansiyaların gizlədilməsi və başqalarının yerləşdirilməsinə, əsasən, Bakı, Sumqayıt və Abşeron rayonunda rast gəlinir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

“Məsələn, hansısa rayonun ucqar kəndində vakansiyasının gizlədilməsi yaxud satılması məntiqli görünmür. 2023-cü ildə MİQ-lə bağlı yeni qaydalar qəbul olunub. Bu qaydalarda əsasən, namizədə öz yaşadığı yerə düşmək üçün 1.1 kafset verilir.

Əslində, müəllimin yaşadığı yerdən uzaqda işləməsi yaxşı haldır. Yeni mühit, yeni təbiət, fərqli insanlar həmin müəllimin təkmilləşməsi üçün də çox yaxşıdır. Amma müəllimlərin sosial müdafiəsini təmin edə bilmirik. Hətta qonşu ölkələrə nisbətən Azərbaycanda müəllimlərin sosial müdafiəsi çox-çox aşağıdır.

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı var. Həmin qərarda qeyd edilir ki, yaşı 35-dək olan gənc müəllimlərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin.
Bu qərara əsasən, rayon mərkəzinə 20 kilometrə qədər olan kənddə işləyən müəllimə 90 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə çalışanlara isə 190 manat verilir. Bu gün ən ucqar kənddə 150-200 manata kirayə verirlər. Bilirsiniz ki, dərslərin saatı belə məktəblərdə az olur”.
Ekspert vurğulayıb ki, ölkədə müəllimlərin sosial müdafiəsinin təşkili üçün heç bir addım atılımır:
“Rusiyada müəllim işə başlayanda ona birdəfəlik olaraq 1 milyon rubl (11 min dollar) pul verilir. Sibir və daha ucqar yerlərə gedən müəllimlərdə isə bu rəqəm 2 milyon rubl təşkil edir. Qazaxıstanda hər bir halda müəllim evlə təmin olunur. Azərbaycanda isə müəllimin sosial müdafiəsi üçün heç nə edilmir. Ona görə də məcburuq ki, müəllimi öz evinə yaxın bir məktəbdə işlə təmin edək. Bunu da etmirik. Vəziyyət də bu yerə gəlib çıxır.
Məsələ burasındadır ki, MİQ imtahanları və digər imtahanlara Elm və Təhsil Nazirliyi nəzarət edir. Əvvəla imtahanlar nazirlikdən alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir. Müəllimlər üçün yeni güzəştlər, yeni kafsetlər təsdiq olunmalıdır. İnsanların sosial müdafiəsi nəzərə alınmalıdır. Yox əgər bunu nəzərə ala bilmiriksə, çalışmaq lazımdır ki, müəllimlər heç olmasa öz evinə yaxın yerdə işləsin.
Digər tərəfdən, bu müəllimlərin təyin olunduqları məktəblərdəki əmək şəraiti, yaşayış tərzi ilə heç kim maraqlanmır. Yeni müəllimlərlə daim maraqlanmaq lazımdır. 2 yol var: ya sosial müdafiəni təmin etməli, ya da müəllimlərə şərait yaradılmalıdır ki, öz evinə yaxın ərazidə işləsin”

Qeyd edək ki, iyulun 3-10-u aralığında baş tutan MİQ imtahanından sonra bir çox namizədlər narazılıqlarını bildirirlər. Müəllimlərin bir çoxu öz yaşayış yerlərinə yaxın məktəblərdə işləmək istədiyini dilə gətirərək, uzaqdakı rayon və şəhərlərdə fəaliyyətin çətin olmasından gileylənirlər.

Son xəbərlər

İdman
Bu gün, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Bu gün, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Bu gün, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Bu gün, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
Dünən, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda ağac kəsilib yerində obyekt quraşdırılıb? - İDDİA

İdman
Dünən, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
Dünən, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
Dünən, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
Dünən, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 11:30

Coratda bu küçə asfaltlanır

Bütün xəbərlər
Dünən, 10:18

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 09:22

Sarayda kişi borc aldığı arvadını bıçaqladı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 33-cü günü - XRONİKA

İdman
28 oktyabr 2026, 18:30

Sumqayıtda gənc cüdoçular arasında yarış keçiriləcək

Bütün xəbərlər
28 oktyabr 2026, 18:00

Sarayda küçənin bir hissəsini inşaat qalıqları zəbt edib - ŞİKAYƏT

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

Sumqayıtda sabah çiskin gözlənilir

Bütün xəbərlər
28 oktyabr 2026, 16:41

Riad Rəfiyev: "Zaman keçdikcə daha güclü "Sumqayıt" görəcəyik"

Bütün xəbərlər
28 oktyabr 2026, 15:56

Sumqayıtda kişi arvadını yeməyə görə döydü

Bütün xəbərlər
28 oktyabr 2026, 15:00

Bakı və Sumqayıt tələbələri üçün beynəlxalq İT proqramına qeydiyyat başlayır

Bütün xəbərlər
28 oktyabr 2026, 14:20

Sumqayıtda sakinlərdən zibilin daşınması ilə bağlı TƏLƏB

Bütün xəbərlər
28 oktyabr 2026, 14:00

Sumqayıt məktəblisi beynəlxalq olimpiadada BİRİNCİ OLDU

Bütün xəbərlər
28 oktyabr 2026, 13:30

Sumqayıtda naqil və velosiped oğruları saxlanıldı

Oxşar xəbərlər