Sumqayıtda müəllimlər üçün "Gəlin ünsiyyət quraq" adlı təlim keçiriləcək.
Sumqayıt24 xəbər verir ki, təlim sentyabrın 5-də saat 15:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Tədbir Dünya Məktəbi, "ÜTÜ QRUP", Gənclərin İnkişaf və Karyera Mərkəzi Abşeron-Xızı Regional Nümayəndəliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə əməkdaşlığı ilə reallaşacaq.