Cəbrayıl Şəhər Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib. Sumqayıt24 bu haqda 11 iyun tarixində xəbər verir.
Tədbir Sumqayıt şəhəri “28 May” Mədəniyyət Evində təşkil olunub. Burada məktəbin şagird və müəllim kollektivi, Respublika və Beynəlxalq müsabiqələrin qalibləri mahnı, muğam və klassik əsərlər ifa ediblər.