Heydər Əliyev Mərkəzində “Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə sahəsində işlərin təhlili” mövzusunda tədbir keçirilib. Bu haqda 11 iyul tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə bir sıra rəsmi şəxslər, həmçinin yeniyetmə və gənclər iştirak ediblər. Əvvəlcə iştirakçılara “Ampula” adlı qısametrajlı film təqdim olunub. Çıxış edənlər narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.
Sonda “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilib.