Mikayıl Müşfiq adına 34 nömrəli məktəbdə "Narkomaniyaya yox" adlı tədbir keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
Görüşdə məktəb rəhbərliyi, Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işinin təşkili üzrə bölmə rəisi, mayor Azər Bağırov, inspektorlar - kapitan Rövşən Burcuyev və mayor Şaiq Qulamov, narkodispanser həkimi Vüsal Cabbarov, Regional Təhsil İdarəsinin metodisti Cəmilə Fəyyaz iştirak ediblər.
Şagirdlərlə ziyanlı vərdişlərlə bağlı maarifləndirici söhbət aparılıb. [modula id="30799"]