Sumqayıt şəhəri Heydər Əliyev prospektində qəza qeydə alınıb.
Məlumata görə, "Opel Astra" markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan qadını vurub. Daha sonra isə sürücü avtomobili geriyə doğru hərəkət etdirərək "Toyota Land Cruiser" markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib.
İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Oxu.аz