Yenilənib: saat 16:30
Maşını cızan parkinq əməkdaşı saxlanılıb.
*****
Sumqayıtda parkinq işçisinin avtomobilə maddi ziyan vurması ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb. Bu haqda 30 mart tarixində Sumqayıt24 “Saleh.nasirov” İnstagram səhifəsinə istinadən məlumat verir.
Bu hal şəhərin 45-ci məhəlləsində yerləşən “14 mərtəbə”nin yaxınlığında müşahidə olunub. Şikayətçinin sözlərinə görə, parklanma pulunu ödəmədikdə “parkovşik” maşını cızır.