Sumqayıtda səyyar poçt xidməti fəaliyyət göstərir. Bu haqda 7 aprel tarixində Sumqayıt24 “Azərpoçt”a istinadən xəbər verir.
30-cu məhəllə 5/8 ünvanında yerləşən AZ5004 indeksli poçt şöbəsində ümumi binada yaranan nasazlıq səbəbindən vətəndaşlara müvəqqəti olaraq xidmət göstərilməsində fasilə yaranıb.
Hazırda sakinlər qeyd edilən poçt şöbəsinin yaxınlığında fəaliyyət göstərən səyyar poçt xidməti məntəqəsinə yaxınlaşa bilərlər.